“Sarı-göylər” qalib gəldi


Yeni mövsümə hazırlığı davam etdirən “Kəpəz” bu gün ikinci yoxlama oyununa çıxıb. “Sarı-göylər”in rəqibi “Neftçi” olub. Görüş “Kəpəz”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubundan qolları yeni transfer İlkin Sadıqov və əvəzedici heyətdən əsas komandaya dəvət edilən Fərid Məmmədov vurub.

Xatırladaq ki, “Kəpəz” bundan öncə yoxlama görüşündə “Bakı”nı 2:1 hesabı ilə məğlub etmişdi. 


11.07.2017 20:28

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu