Bəxtiyar Soltanov: “Başqa yolumuz yoxdur”


“Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”. Bu sözlər “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanova məxsusdur. Yarımmüdafəçi komandasının Topaz Premyer Liqasının XIV turunda qarşılaşacağı “İnter” ilə oyun haqda kapazpfc.az saytına danışarkən belə deyib: “Bütün rəqiblər güclüdür, demək olar ki, çempionatda zəif komanda yoxdur. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq”.

Bəxtiyar Soltanov ötən tur “Qarabağ”a qarşı matçda cəza səbəbindən “sarı-göylər”ə kömək edə bilməmişdi. Onun yoxluğu haqda mətbuat konfransında danışan baş məşqçi Şahin Diniyev Soltanovun oynamamasının komandanın cinahdan təşkil edilən hücumlarına təsir etdiyini açıqlamışdı: “Komandamızın gücünə güc qatmaq üçün nə lazımdısa, edəcəyəm. Üzərimə düşəni edib, “Kəpəz”in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdır”.      

 


24.11.2015 19:07

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu