Dario evə buraxılıb


Vətəni Braziliyada əməliyyat olunan “Kəpəz”in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə yazılıb. Eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.

Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.

Xatırladaq ki, braziliyalı Topaz Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnmişdi. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan orta xətt oyunçusu ayın 19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub. 

 


24.11.2015 13:51

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu