Davud Kərimi: “Üç xal götürməliyik”


Topaz Premyer Liqasının XXVI turunda “Kəpəz”i çətin sınaq gözləyir. “Sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.

 

Bu oyun öncəsi komandamızın qapıçısı Davud Kərimi kapazpfc.az saytına açıqlama verib: “Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdur. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”. 


16.04.2017 10:05

Axırıncı xəbərlər →

Son oyun

13/08/2017 - 21:00

Sumqayıt
2:1

Kəpəz
Kapital Bank Arena

Növbəti oyun

20/08/2017 - 18:00

Kəpəz
-:-

Zirə
Yevlax şəhər stadionu