Dedimar Ferreyranın müalicəsi davam edir


“Kəpəz”in əsas komandasının zədəli futbolçusu Dedimar Ferreyranın müalicəsi davam edir. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, reabilitasiya dövründə olan futbolçunun müalicəsində irəliləyişlər var. Dedimar artıq fitnes məşqləri ilə fərdi qaydada hazırlaşır.

Xatırladaq ki, müdafiəçinin diz bağlarında gərilmə var. Bu səbəbdən brazilyalı uzun müddətdir ki, kollektiv məşqlərdə və oyunlarda iştirak edə bilmir.


20.04.2018 09:23

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu