"Dinamo" Kirovabadın futbolçularına "Kəpəz"in formaları hədiyyə edildi


 

Topaz Premyer Liqasının XIV turunun "Kəpəz" - "Sumqayıt" oyunundan öncə "Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına çıxmasının 50 illiyi stadionda qeyd olunub. Əlamətdar hadisə ilə bağlı 1967-ci ildə komandanın heyətində yer almış veteran futbolçulara "Kəpəz"in formaları hədiyyə olunub. Klubun Müşahidə Şurasının sədr müavini İslam Abbasov veteranlardan Müzəffər Qasımov, Zakir Süleymanov, Ravil Batrayev və Nurəddin Əliyevi təbrik edib. O, üzərində soyadları və 50 yazılan, həmçinin "Dinamo"nun emblemi həkk olunan sarı-göy rəngli futbolkaları yubilyarlara təqdim edib. 

Qeyd edək ki, 50 illik ilə bağlı Gəncə şəhər stadionu bayram ab-havasına uyğun olaraq bəzədilib. Komandanın futbolçuları isə meydana tarixi qələbədən bəhs edən təbrik pankartı ilə çıxıblar.

 

 

 

 

 


02.12.2017 20:11

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.