Ebah qol vurdu, “Kəpəz” ilk qələbəsini qazandı


Topaz Premyer Liqasında XXII tura start verilib. Turun ilk oyunu Gəncədə keçirilib. “Kəpəz” Gəncə şəhər stadionunda “Zirə”ni qəbul edib. Oyun “sarı-göylər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, həm də “Kəpəz”in 2017-ci ildə ilk qələbəsi olub. Yeri gəlmişkən, Gəncə klubu “Zirə” ilə evdə keçirdiyi bütün oyunlarda xal qazanıb ki, sonuncu matçda da bu ənənə pozulmayıb.

 

13 mart 2017. Saat 15:00. Gəncə şəhər stadionu, 6200 tamaşaçı Baş hakim: Fariz Yusifov Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Cəmil Quliyev Dördüncü hakim: İnqilab Məmmədov AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Sarı vərəqələr: Tural Axundov, 43 (qeyri-idman hərəkəti); Serjio Kosta, 78 (oyunun bərpasını ləngitdiyinə görə) // Təmkin Xəlilzadə, 20 (qeyri-idman hərəkəti); Milan Duriç, 23 (qeyri-idman hərəkəti)

Qollar:  Julien Ebah, 55

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

 

“Kəpəz”

30. Davud Kərimi

21. Novruz Məmmədov

25. Şəhriyar Əliyev

36. Renan Silva

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

18. Tural Axundov (k)

(7. Vüqar Bəybalayev, 72)

19. Orxan Əliyev

(15. Azad Kərimov, 86)

77. Serjio Kosta

(80. Tural Rzayev, 89)

10. Dario Federiko

90. Julien Ebah

 

Ehtiyat oyunçular:

88. Tadas Simaitis

6. Ceyhun Cavadov

68. Əli Nuri

23. Tural Nərimanov

 

Baş məşqçi: Şahin Diniyev

 

“Zirə”

85. Kamal Bayramov (k)

5. Adil Nağıyev

39. Sadiq Quliyev

23. Yovan Krneta

16. Akim Latifu

(92. Cavid Tağıyev, 76)

6. Vüqar Mustafayev

(11. Viktor İqbekoyi, 72)

8. Milan Duriç

28. Təmkin Xəlilzadə

20. Sezar Meza Kolli

43. Riçard Qadze

7. Amadu Sanqar

(10. Elvin Məmmədov, 61)

 

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

13. Aleksandr Şemonayev

26. Georgi Qorozia

98. Elçin Əliyev

 

Baş məşqçi: Ayxan Abbasov

 


14.03.2017 00:10

Axırıncı xəbərlər →

Son oyun

18/03/2017 - 16:00

Kəpəz
1:0

Sumqayıt
Gəncə şəhər stadionu

Növbəti oyun

02/04/2017 (All day)

Qarabağ
-:-

Kəpəz
.