Etibar İbrahimov: “Ustalıq səviyyəsi özünü göstərdi”


Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində reallaşan “Kəpəz” – “Səbail” oyunundan (0:4) sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Etibar İbrahimov matçla bağlı bunları deyib: “Oyunun gedişində də hiss olunurdu ki, güclü komandaya qarşı oynayırıq. Əbəs yerə “Səbail” Premyer Liqada 3-cü pillədə qərarlaşmayıb. Futbolçularının fərdi bacarığı yaxşı olan komandaya qarşı oynadıq. Təəssüflər olsun ki, hesab böyük oldu. Olmaya da bilərdi. Amma ustalıq səviyyəsi özünü göstərdi. Rəqib məhz bundan istafadə edib əlinə düşən fürsətlərdən maksimum yararlandı. Bu, bizim uşaqlar üçün yaxşı dərs oldu, çox şey öyrəndilər. Premyer Liqanın sürəti aşağı liqadan yüksəkdi. Yetirmələrim bəzən çatdırsa da, oyunun sonlarında yorğunluq hiss olunurdu”.    


06.12.2018 19:35

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu