Etibar İbrahimov Adamın dəvəti ilə Almaniyaya yollanır


“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov I Divizionda yaranan fasilə müddətindən yararlanaraq Almaniyaya yollanacaq. Çalışdırıcının Mərkəzi Avropa ölkəsinə səfəri işgüzar xarakter daşıyacaq. Belə ki, İbrahimov Almaniyaya vaxtilə ölkəmizdə və Hindistanda birgə işlədiyi, hazırda isə “Ayntraxt Frankfurt”da beynəlxalq əlaqələr üzrə menecer olan Nikolay Adamın dəvəti ilə reallaşacaq. Məşqçi Almaniyada olduğu müddətdə klubunun düşərgəsinə baş çəkərək müasir futbolda tətbiq olunan yeniliklərlə tanış olub bilgilər əldə etməyə çalışacaq. Gənc mütəxəssisin Frankfurt klubunun baş məşqçisi Adi Xyutterlə görüşü planlaşdırılıb. Əsas komandanın məşqlərini izləyəcək İbrahimov klubun akademiyasının fəaliyyəti də ilə maraqlanacaq. Etibar müəllim həmçinin, Bundesliqanın 26-cı turu çərçivəsində keçiriləcək  “Ayntraxt Frankfurt” – “Nürnberq” matçını stadiondan izləyəcək. Xatırladaq ki, İbrahimovun Almaniyaya səfəri ilk deyil. O, bir neçə dəfə bu ölkədə ixtisasartırma kurslarında olub. 

 

 


16.03.2019 12:28

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu