Füzuli Allahverdiyev: “Mübarizədə üstün tərəf biz idik”


“Kəpəz” - “Zirə” oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev səhhətindəki problemə görə iştirak edə bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəz edib: “Yaxşı, maraqlı oyun oldu. Meydandakı mübarizədə üstün tərəf biz idik. İlk yarıda əldə etdiyimiz qol vəziyyətlərini reallaşdıra bilmədik. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Fasilədə baş məşqçi Şahin Diniyev futbolçulara öz tapşırıqlarını verib qələbə qazanmalı olduğumuzu bildirdi. Ona görə ikinci hissədə uşaqlar daha yaxşı oynadılar. Qol vurduqdan sonra yenə fərqlənə bilərdik. Sadəcə, epizodlardan istifadə edə bilmədik”.

 

 

 


14.03.2017 10:30

Axırıncı xəbərlər →

Son oyun

17/09/2017 - 18:30

Qarabağ
2:0

Kəpəz
Tofiq Bəhramov adına Respublika stadionu

Növbəti oyun

23/09/2017 - 17:30
-:-

Kəpəz
Dalğa Arena