Gəncə azarkeşləri Şəhidlər Xiyabanını ziyarət ediblər


Gəncə azarkeşləri 20 Yanvar faciəsi ilə bağlı xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını ziyarət edib. Anım ziyarətinə Gəncədə fəaliyyət göstərən 4 azad azakeş qrupunun üzvləri qatılıb. “Kəpəz” futbol klubunun “Xəmsə”, “Kəpəzultras”, həmçinin Türkiyənin “Qalatasaray” və “Beşiktaş” komandalarının “Ultraslan” və “Gəncə Qartalları” fanklublarının 40-a yaxın üzvü şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi önünə əklillər qoyub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Azarkeşlər həmçinin, Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən və xiyabanda dəfn olunan mərd vətən oğullarının məzarı üzərinə də tər qərənfillər düzüblər. Şəhidlərin ruhuna Quran oxunub, Allahdan rəhmət dilənib.


19.01.2019 18:57

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu