İlkin Sadıqov kollektiv məşqlərə qoşuldu


“Kəpəz”in bir müddətdir ki, zədəsini müalicə etdirən üzvü İlkin Sadıqov komanda ilə birgə məşqlərə qoşulub. Topaz Premyer Liqasının III turunun “Neftçi” ilə oyununda sıradan çıxan futbolçu 10 gün kollektivdən uzaq qalıb. Qabırğanın yerini dəyişməmiş sınığı diaqnozu qoyulan Sadıqov yalnız ötən həftədən fərdi halda hazırlığa başlayıb.

 

Qeyd edək ki, zədə səbəbindən hücumçu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını və çempionatda “İnter”ə qarşı matçı kənardan izləyib.  


14.09.2017 12:54

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 - 14:30

Kəpəz
-:-

Qəbələ
Gəncə şəhər stadionu