İlkin Verdiyev B lisenziyasına sahib olub


İlkin Verdiyev AFFA-nın təşki etdiyi məşqçilərin UEFA B kursunu uğurla başa vurub. Bununla da “Kəpəz”in 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi müvafiq lisenziyaya yiyələnib.

Gənc mütəxəssis B kateqoriyası alması ilə bağlı sevincini kapazpfc.az saytı ilə bölüşüb: “İmtahandan uğurla keçdiyim və lisenziya aldığım üçün şadam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ötən il C kateqoriyasını müvəffəqiyyətlə bitirmişdim. Bundan sonra fikrim B kurslarında iştirak etmək idi. Kurslarda bizlər üçün dəyərli biliklər verilir. Bilmədiyimiz yenilikləri öyrənirik, məşqçilik sahəsində inkişaf etməyə çalışırıq. Öyrəndiklərimizi də işimizdə tətbiq edəcəyik. İndi məqsədim A lisenziyasını almaqdır”. 

 

 

 

 


19.09.2017 11:40

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu