Julien Ebah: “Qolumu yeni doğulan qızıma həsr edirəm”


“Kəpəz” Gəncədə “Zirə” üzərində qazandığı 1:0 hesablı nəticə ilə qələbəsiz oyunlar seriyasına son qoyub. Bundan əvvəlki 8 görüşdə 3 xal qazana bilməyən “sarı-göylər” həm də 2017-ci ildə ilk dəfə qalib gəlib.

 

Komandanın bu uğurunda bütün futbolçular kimi Julien Ebahın da rolu danılmazdır. Məhz kamerunlunun vurduğu qol Nizami yurdunun təmsilçisinə qələbə gətirdi. Ebah matç ilə bağlı kapazpfc.az saytına açıqlama verib: “Digər oyunlar kimi bu matçımız da çətin alındı. Ötən tur qələbə qazanmağa yaxın olsaq da, son dəqiqələrdə buraxdığımız qolla 2 xal itirmişdik. Bu il çempionatda qələbə qazana bilmədiyimizdən üzərimizdə təzyiq vardı. Qələbəsiz çətin idi. Ona görə də "Zirə"yə qarşı görüşdə meydana ancaq 3 xal məqsədi ilə çıxmışdıq. Bunu da bacardıq. Bizim üçün əhəmiyyəti böyük olan oyunda qalib gəldik”.

 

Legioner futbolçunun vurduğu qol özü üçün də əlamətdar olub. Belə ki, Julien uzun müddət idi ki, fərqlənə bilmirdi: “Qol vurmağımı normal qəbul edirəm. Fərqlənməyimdə təəccüblü bir şey yoxdu. Hücumçuyam, rəqib qapısına ən yaxın mövqedə oynayıram, odur ki, qol vurmaq mənim işimdi. Düzdü, mənim qolum oyunda yeganə olduğundan qalib gəlməyimiz üçün vacib rol oynadı. Ancaq bu təkcə mənim adıma yazılacaq iş deyil, bütün komandanın əməyidi. Hər matçda fərqlənməyə çalışıram, amma bir müddət idi ki, alınmırdı. Qolumu yeni doğulan qızıma həsr edirəm. Onun şərəfinə qol vurduğum üçün çox xoşbəxtəm”.

 


14.03.2017 16:04

Axırıncı xəbərlər →

Son oyun

17/09/2017 - 18:30

Qarabağ
2:0

Kəpəz
Tofiq Bəhramov adına Respublika stadionu

Növbəti oyun

23/09/2017 - 17:30
-:-

Kəpəz
Dalğa Arena