"Kəpəz" Gəncədə yenə xal qazana bilmədi


Topaz Premyer Liqasında XII turun oyunları çərçivəsində "Kəpəz" Gəncədə "Səbail" ilə qarşılaşıb. Oyun maraqlı mübarizəyə səhnə olub. Matçın startında 11 metrlik cərimə zərbəsindən qol buraxan "sarı-göylər" az sonra azlıqda qalıblar. Bundan istifadə edən rəqib daha bir qol vurub. İki top fərqi ilə geri düşsə də, toparlanmağı bacaran "Kəpəz" hesabı bərabərləşdirməyə güc tapıb. Bununla belə qonaqlar ikinci hissədə daha bir dəfə fərqlənməklə qələbə qazanıblar - 2:3.

 

 

TPL, XII tur 
"Kəpəz" - "Səbail" 2:3
Qollar: İlyas Səfərzadə, 28; Kərim Diniyev, 36 (p.) // Adrian Popoviçi, 5 (p.); Ayron Stati, 15; Vüqar Nadirov, 57
Qırmızı vərəqə: Dedimar Fereyra, 5 (aqressiv davranış)
Baş hakim: Rauf Cabbarov
18 noyabr 2017. Saat 15:00. Gəncə şəhər stadionu, 9300 tamaşaçı

 

 


18.11.2017 20:15

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.