"Kəpəz" oyuna itkilərlə çıxacaq


Futbol üzrə I Divizonda XVIII turun görüşləri keçiriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda oyuna çıxacaq.

 

“Sarı-göylər” doğma meydanda “Sabah”ın ikinci komandasını qəbul edəcək. Etibar İbrahimovun yetirmələri oyun öncəsi son məşqinə bu gün matçın keçiriləcəyi arenada çıxıb. Təxminən 45 dəqiqə davam edən məşq prosesi yüngül xarakteri daşıyıb. Fubolçular məşqçilər korpusunun tapşırığına əsasən daha çox toplu çalışmalar üzərində işləyiblər. Ötən tur “Qaradağ Lökbatan” üzərində II dövrədə ilk qələbəsini qazanan “Kəpəz” düşərgəsində yüksək əhval-ruhiyyə höksm sürür.  

 

Komanda qarşıdakı oyuna itkilərlə çıxacaq. Gəncəlilərin heyətində həm cəzalı, həm də zədəli futbolçu var. Vitse-kapitan Qaraxan Əliyev sarı vərəqə limitini doldurduğundan oyuna tribunadan baxacaq. Əməliyyat olunan Nihat Verdiyevin isə müalicəsi hələ davam edir. Onların yoxluğunda “sarı-göylər”in digər üzvləri oyuna hazırdırlar.

 

“Kəpəz” – “Sabah 2” matçı martın 7-də saat 15:00-da başlayacaq. Oyunun baş hakimi Vüqar Həsənli olacaq.

 


06.03.2019 17:20

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu