Kapitan “Kəpəz” ilə vidalaşdı


“Kəpəz” PFK-nın əsas komandasının kapitanı Tural Axundov Nizami yurdunun təmsilçisindən ayrılıb. Müdafiəçi klub rəhbərliyinə xahiş edərək ailə məsələsinə görə, “Kəpəz”dən ayrılmaq istədiyini bildirib.

Axundov “Kəpəz”dən gedişi haqda kapazpfc.az saytına da açıqlama verib: “Gəncə klubunu sırf ailə məsələsinə görə tərk edirəm, ortada pul söhbəti yoxdur. İkinci övladım dünyaya gələndən sonra qayğılar artıb. Ailəmə daha çox yaxın olmaq üçün məcburiyyət qarşısında bu addımı atdım. “Kəpəz”in azarkeşləri qarşısında baş əyirəm. Onlar komandada çıxış etdiyim müddətdə mənə dəstək oldular, hamısına minnətdaram. Klubdan xoş təəssüratlarla ayrılıram”.

Son iki mövsümdə “sarı-göylər”in kapitan sarğını daşımış Axundov 62 oyunda 11 qola imza atıb. Tural “Sumqayıt” ilə müqavilə bağlayıb. Klubumuz futbolçuya əməyinə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır. 

 


04.05.2017 17:01

Axırıncı xəbərlər →

Son oyun

23/04/2017 - 17:00

AZAL
1:2

Kəpəz
AZAL Arena

Növbəti oyun

29/04/2017 - 16:00

Kəpəz
1:0

İnter
Gəncə şəhər stadionu