Komandamız Tovuzda yoxlama oyunu keçirib


“Kəpəz” yoxlama oyunu keçirib. “Sarı-göylər” çempionatın qış fasiləsi dövründə növbəti hazırlıq matçında “Turan Tovuz”la qarşılaşıb. Rəqib meydanında reallaşan görüş tovuzluların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”in hər 3 qolu ilk yarıya təsadüf edib. Komandamızdan Əli Səmədov və Elgün Orucov hərəyə bir dəfə fərqlənib. Daha bir məhsuldar zərbə isə avtoqol olaraq qeydə alınıb.

 

Qeyd edək ki, fasilədən sonra məşqçilər korpusu meydançaya əsasən ehtiyat oyunçuları buraxıb və bu da nəticəyə təsirsiz ötüşməyib. İkinci hissədə 4 top vuran “Turan Tovuz” qələbə qazanıb.

  

Xatırladaq ki, bu oyun tərəflər arasında dövrələrarası fasilə müddətində ikinci yoxlama matçı olub. Bundan öncə komandalar yanvarın 14-də Tovuzda qarşılaşmışdılar. Həmin görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.


29.01.2019 15:28

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu