Kubokda rəqib müəyyənləşdi


Bu gün Azərbaycan Kubokunda 2018/19 mövsümünün püşkü atılıb. Trofey uğrunda 12 komanda mübarizə aparacaq ki, bu klubların arasında “Kəpəz” də yer alıb. Gəncəlilər kubokda mübarizəyə ilk mərhələdən - 1/8 finaldan başlayacaqlar. Püşkə əsasən, “Kəpəz”in bəxtinə “Səbail” düşüb. Elitada turnir cədvəlində 3-cü pillədə qərarlaşan Bakı klubu ilə oyun Gəncədə keçiriləcək. Görüş dekabrın 6-da baş tutacaq və kubok yarışının 1/8 finalı bir qarşılaşmadan ibarət olacaq. Bu cütün qalibi ¼ final mərhələsində “Zirə” ilə üz-üzə gələcək.


14.11.2018 15:57

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu