Legionerlər “Kəpəz”ə qoşuldu


Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Söhbət əcnəbi oyunçulardan gedir. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandamızın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib. 


16.07.2017 23:38

Axırıncı xəbərlər →

Son oyun

13/08/2017 - 21:00

Sumqayıt
2:1

Kəpəz
Kapital Bank Arena

Növbəti oyun

20/08/2017 (All day)

Kəpəz
-:-

Zirə
.