Məhəmməd Qurbanov “Kəpəz” ilə müqavilə bağladı 


Çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanov “Kəpəz”də baxışdan keçib. Baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub. Hücumçu mövqeyində çıxış edən Qurbanov ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 25 yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının şərəfini qoruyub. O, əsas millidə də oynayıb.  


11.10.2017 11:21

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 (All day)

Kəpəz
-:-

Neftçi
.