Nicat Verdiyev əməliyyat olundu


I Divizionda XVI turun “Kəpəz” – “Zaqatala” matçında rəqib futbolçunun kobud oyunu nəticəsində zədələnərək görüşü davam etdirə bilməyən Nicat Verdiyev əməliyyat olunub. “Sarı-göylər”in əsas heyətinin üzvünə MRT müayinəsi zamanı körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Gəncədə özəl xəstəxanalardan birində əməliyyat olunan yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.


25.02.2019 16:54

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu