"Sarı-göylər" Ağdam klubu ilə oyunun hazırlığını tamamladı 


 

Topaz Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gəlib. "Sarı-göylər" oyun öncəsi son məşqinə matça ev sahibliyi edəcək şəhər stadionunda çıxıb. Qarşıdakı görüşə hazırlığın əsas hissəsini Bakıda keçirən komandanın doğma meydandakı məşqi təxminən 1 saat sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq prosesi toplu çalışmalarla davam edib. Qapıya doğru zərbələrdən sonra isə futbolçular taktiki tapşırıqlar üzərində işləyiblər. 

Qeyd edək ki, ağdamlılarla oyun öncəsi Gəncə klubunun heyətində ciddi itkilər var. Kərim Diniyev zədəli olduğundan “Qarabağ”a qarşı oynaya bilməyəcək. Komandanın daha bir əsas futbolçusu Samba Diallo isə oyuna tam hazır deyil və bu səbəbdən heyətdən kənarda qalıb. 

Çempionatda XI turun oyunları çərçivəsində baş tutacaq “Kəpəz” – “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.


04.11.2017 19:01

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 (All day)

Kəpəz
-:-

Qəbələ
.