Türkiyə toplanışına iki yeni legioner cəlb olunub


Ərzurumda hazırlıq keçən “Kəpəz”in düşərgəsinə iki yeni futbolçu qoşulub. Onların hər ikisi legionerdir.

Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidir. Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beira-Mar” və “Arouca” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub. 

Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdır. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Piriney ölkəsində klubu “Jil Visente” olub.


13.06.2016 13:09

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu