Tural Cəlilov Ərzuruma aparılmadı


"Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib. Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.

Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.


15.07.2017 15:40

Axırıncı xəbərlər →

Son oyun

13/08/2017 - 21:00

Sumqayıt
2:1

Kəpəz
Kapital Bank Arena

Növbəti oyun

20/08/2017 (All day)

Kəpəz
-:-

Zirə
.