Veteran futbolçuların yubileyi qeyd olundu


Gəncədə Azərbaycan futbolunun sayılıb-seçilən futbol veteranlarından Zakir Süleymanov ilə Tofiq Əliyevin yubileyi keçirilib. Zakir Süleymanovun anadan olmasının 80, Tofiq Əliyevin isə 70 illiyi təmtəraqlı şəkildə qeyd olunub.

 

Hər iki sima Gəncənin ölkə futboluna bəxş etdiyi tanınmış və öz işi ilə ad qazanmış mütəxəssislərdəndir. Süleymanov “Dinamo”da (Kirovabad), Əliyev “Metallurq”da (Kirovabad) futbolumuzun inkişafına töhvələr verib. Uzun illər yorulmaz xidmətlərinə görə dəfərlərlə mükafatlara layiq görülüblər. Elə idman ictimaiyyətinin qatıldığı yubiley tədbirində iştirak edənlər də onların keçdiyi futbol yolundan bəhs edərək fəaliyyətlərinə dəyər veriblər.

 

“Kəpəz” PFK veteranların tədbirində klubun Müşahidə Şurasının üzvləri – Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Futbol Veteranları Birliyinin sədri Müzəffər Qasımov və icraçı direktor Cabir İbrahimov ilə təmsil olunub. “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyevin təbriklərini yubilyarlara çatdıran Cabir İbrahimov veteranlarla qürur duyduqlarını söyləyərək hər zaman onların məsləhətlərinə ehtiyacın olduğunu bildirib. Daha sonra İbrahimov Zakir Süleymanov ilə Tofiq Əliyevə təbrik diplomları və klubun geyimlərini təqdim edib.

Müşfiq Cəfərov da doğum gününü qeyd edən veteranlara xatirə hədiyyələri verib, Müzəffər Qasımov isə üzərində soyadları və yubiley rəqəmləri yazılmış “Dinamo”nun köynəklərini həmkarlarına bağışlayıb. Həmçinin, Qasımov keçmiş futbolçuları fəxri fərmanla təltif edib. 

 

 

 

 


10.07.2017 17:05

Axırıncı xəbərlər →

Son oyun

23/04/2017 - 17:00

AZAL
1:2

Kəpəz
AZAL Arena

Növbəti oyun

29/04/2017 - 16:00

Kəpəz
1:0

İnter
Gəncə şəhər stadionu