Vidadi Rzayev əsas komandada işləyəcək


“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub. Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq. 

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib. 

 

 


19.05.2017 15:50

Axırıncı xəbərlər →

Son oyun

17/09/2017 - 18:30

Qarabağ
2:0

Kəpəz
Tofiq Bəhramov adına Respublika stadionu

Növbəti oyun

23/09/2017 - 17:30
-:-

Kəpəz
Dalğa Arena