Viktor Oseqeylin zədəsi ciddidir


“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib. MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi. 

 

 

 


28.11.2017 21:42

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.