Yunis Hüseynov: “Ədalətli nəticə bərabərlik idi”


TPL-in XXVIII turunun “Kəpəz” – “Neftçi” (1:2) oyunundan sonra mətbuat konfransı keçirilib. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov matçla bağlı bunları deyib: “Mövsümün son oyunu idi. Azarkeşlərimizin qarşısında çıxış edirdik. Uğurlu nəticə əldə etmək istəyirdik. Ağır oyun oldu. Ədalətli nəticə bərabərlik idi. Əfsuslar olsun ki, kobud bir səhvdən sonra məğlub duruma düşdük. Son qolda qapıçı ilə müdafiəçi arasında anlaşılmazlıq oldu. Futbolda hər şey olur. Gözlənilməz qollar da vura bilərsən, buraxa da”.     


20.05.2018 21:32

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu