Yunis Hüseynov: “Bəxt amili də bu günkü oyunda öz sözünü dedi”


Topaz Premyer Liqasının XXII turu çərçivəsində reallaşan “Kəpəz” – “Keşlə” oyunundan sonra mətbuat konfransı keçirilib. Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov matçla bağlı fikirlərini bölüşüb: “Fikrimcə, yaxşı, maraqlı oyun keçdi. Əfsuslar olsun ki, qalib gələ bilmədik. Bəxt amili də bu günkü oyunda öz sözünü dedi. Rəqib də yaxşı təsir bağışladı. İmkanlarımız çox oldu. Bu oyunda yaratdığımız qol epizodları digər matçlarda yaranan fürsətlərin cəmindən çox idi. Sadəcə, istifadə edə bilmədik. Qələbə qazanmağı çox istəyirdik. Çünki “Keşlə” ilə xal fərqimizi azaltmaq niyyətində idik”. 


07.04.2018 19:25

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu