Yunis Hüseynov: “Dəyişikliklər bundan sonra da mümkündür”


“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədir. Bir aydan çox davam edəcək hazırlıq müddətindən əvvəl futbolçular tibbi müayinədən keçəcəklər. Komandanın üzvəri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.

Bu arada “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov kapazpfc.az saytına açıqlama verərək fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini dilə gətirib: “Yəqin ki, fasilə müddətində məndən başqa hamı yaxşı istirahət etdi (gülür). Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindir. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidirlər. Dəyişikliklər bundan sonra da mümkündür”.  

 

 

 


04.01.2018 15:29

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu