Yunis Hüseynov: “Komandadan narazı qalmadım”


Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Qarabağ” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Yunis Hüseynov oyunla bağlı belə danışıb: “Meydanda mübarizə apardıq, düzdü, rəqib güclü idi. “Qarabağ” top saxlamağı bacaran komandadır. Bununla belə biz qalib gəlməyi düşünürdük. Xal qazanmağı çox istəyirdik. Komandadan narazı qalmadım. Uşaqlar mübarizə apardılar, qol vurmaq üçün imkanlarımız oldu. İstifadə edə bilsəydik, daha yaxşı olardı. Qarşıda oyunlar var, hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.


14.04.2018 18:55

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu