Yunis Hüseynov: “Məğlubiyyətdən nəticə çıxarmalıyıq”


Çempionatın “Sumqayıt” – “Kəpəz” oyunundan (2:1) sonra komandaların baş məşqçilərinin iştirak ilə mətbuat konfransı keçirilib. Konfransda “sarı-göylər”in çalışdırıcısı Yunis Hüseynov görüşlə bağlı fikirlərini media nümayəndələrinə çatdırıb: “Hər oyunda olduğu kimi bu matçda da qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamadı, xüsusən də ilk yarıda. Deyərdim ki, birinci hissədə “Sumqayıt”dan hər bir cəhətdən üstün oynadıq. İkinci hissədə 15-20 dəqiqə ərzində üstünlüyü rəqibə verdik, zəif çıxış etdik. Amma sonra dönüş yaratdıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Yenə uşaq səhvlərindən qollar buraxdıq. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. İki əsas oyunçumuzun da oynamaması öz təsirini göstərdi. Çempionatda fasilə yaranır. Bundan səmərəli yararlanıb səhvlərimizi düzəltməyə çalışacağıq. Sonda rəqibi də qələbə münasibətilə təbrik edirəm”.  

 

 

 


15.03.2018 10:50

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu