Yunis Hüseynov: “Matçın nəticəsi heç-heçə olmalı idi”


TPL-in XV turunda baş tutan “Neftçi” - “Kəpəz” oyunundan (1:0) sonra mətbuat konfransı keçirilib. Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov görüşlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Bu günkü oyunda yeni bir “Kəpəz” vardı. Komandamızda çoxlu dəyişikliklər olub. Oyundan narazı qalmadım. Düzdü, meydanın mərkəzini rəqibə vermişdik amma bu bizim taktiki gedişimiz idi. Əks-hücumlarda uğur qazanmaq istəyirdik. Fərqlənmək üçün fürsətimiz oldu. “Neftçi”yə qapımızda 100 faizli qol vəziyyətləri yaratmağa imkan vermədik. Yalnız görüşün sonunda qol buraxdığımıza görə təəssüfləndik. Mənə elə gəlir ki, matçın nəticəsi heç-heçə olmalı idi. “Neftçi”ni təbrik edirəm, qarşıda hələ 13 oyun var. Futbolçular tam özlərinə gələndən sonra daha mübariz komandamız olacaq. Belə olan halda nəticə də olacaq”. 


12.02.2018 11:45

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu