Yunis Hüseynov: “Qələbə qazanmaq istəyirdik”


Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Keşlə” oyunundan (0:1) sonra mətbuat konfransı keçirilib. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov matçla bağlı jurnalistlərə bunları deyib: “Hər iki komanda çempionatda sonuncu yerlərdə qərarlaşıb. Sonuncu pillədən qalxmaq üçün bu gün qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq komanda yaxşı oyun göstərdi. Heç-heçəlik görüş idi. Qapımıza bir zərbə oldu və o da qolla nəticələndi. Bizim imkanımız onlardan daha çox idi. Rəqibi təbrik edirəm. Qarşıda oyunlar var. Həmin matçlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Dario Frederiko bu gün çox istəkli idi. Azarkeşlər də onu yaxşı qarşılayıb ruhlandırdılar. Şadon Vinçester isə komandaya yeni qoşulub, tam uyğunlaşmayıb. Texnikalı futbolçudur, zamanı gələcək və qollarını vuracaq. Mən buna inanıram”.  


18.02.2018 20:15

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu