Yunis Hüseynov: “Səhvlər bizə baha başa gəldi”


TPL-in XXV turunun “Qəbələ” – “Kəpəz” (3:0) oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə komandasının baş məşqçisi Yunis Hüseynov belə danışıb: “Hamı kimi biz də qalib gəlmək istəyirdik. Oyunun ilk 20-25 dəqiqəsinə baxanda inanırdım ki, burdan xalla dönəcəyik. Ən azı heç-heçə olacaq.  Qol vurmaq üçün imkanlarımız da oldu. “Qəbələ” qapımıza yaxınlaşana kimi biz artıq 2-3 epizod yaratmışdıq. Biz özümüz əks-hücumlarda oynayıb qol vurmaq istəyirdik, əksinə rəqib belə vəziyyətlərdə bizi yaxaladı. Bu da hər bir futbolçunun fərdi bacarığından irəli gəlir. Ev sahiblərində belə oyunçular güclüdürlər. Ona görə də etdiyimiz səhvlər bizə baha başa gəldi. Dario Frederiko real qol epizodundan düzgün istifadə etsəydi, qələbə də qazana bilərdik. Buraxdığımız ilk qola qədər komandamız yaxşı təsir bağışlayırdı. Təcrübəsizlik və fərdi bacarıq oyunun taleyini həll etdi”.

 


28.04.2018 23:19

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu