Yunis Hüseynov: “Səhvlərsiz də futbol olmur”


Premyer Liqanın “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra baş məşqçilərin ənənəvi mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Yunis Hüseynov matçla bağlı bunları deyib: “Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar. “Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündür. Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.


09.03.2018 19:31

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu