Yunis Hüseynov: “Uşaqlardan razıyam”


Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Səbail” oyunundan (2:1) sonra mətbuat konfransı keçirilib. Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov oyun haqda bunları deyib: “Əvvəlki matçlarda qələbə qazana bilməsək də, pis çıxış etməmişdik. Bu gün qələbə qazanmağı çox istəyirdik. Ağır oyun oldu. “Səbail”ə qarşı görüşümüz öncəki üç qarşılaşmadan daha çətin alındı. Rəqib ötən tur “Qəbələ”ni məğlub etdiyindən onlarda ruh yüksəkliyi vardı. Uşaqlardan razıyam. Verdiyimiz tapşırıqları yerinə yetirdilər. Bunun davamı gələcək. Qarşıdakı oyunları da yüksək səviyyədə keçirib azarkeşlərimizi sevindirməliyik. “Səbail”ə də uğurlar arzulayıram”.


03.03.2018 19:01

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu