Zədəlilərin müalicəsi davam edir


“Kəpəz” dünəndən məşqləri bərpa edib. Əvvəlcə fitnes zalında çalışan komanda üzvləri bu gün meydançada məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.

“Kəpəz”in heyətində zədəli futbolçuların müalicəsi davam edir. Ötən tur “Sumqayıt”la matçda sonadək oynaya bilməyib əvəzlənən Dieqo Souzanın əzələsi yüklənib. Bir müddətdir ki, zədədən əziyyət çəkən Şadon Vinçesterlə Samir Zərgərovun vəziyyəti də həkim nəzarəti altındadır. Vinçesterdən fərqli Zərgərovla Souza martın 22-dən fərdi halda məşqlərə başlaya biləcəklər. Şadonun müalicə prosesi isə martın sonlarına kimi uzanacaq.  

 


19.03.2018 14:37

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu