Zədəlilərin vəziyyəti yaxşıdır


“Qarabağ”a qarşı son çempionat oyununda “Kəpəz”in zədələnərək əvəzlənən futbolçularının vəziyyəti qənaətbəxşdir. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadır. Əzələ yüklənməsi diaqnozu qoyulan Zərgərov artıq komanda ilə kollektiv məşqlərə başlayıb. Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə bu gün fərdi halda hazırlaşıb. Sabah təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək.   

 


27.02.2018 18:03

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu