23 may Dünya Güləş Günüdür

23 may 2024

Bu gün 23 may Dünya Güləş Günüdür. Gəncədə futbol qədər sevilən digər idman növü şübhəsiz ki, güləşdir. Azərbaycanlı ilk dünya çempionu Aydın İbrahimov Gəncə güləş məktəbinin yetirməsidir. Olimpiya çempionu Toğrul Əsgərov da Nizami yurdundandır və "Kəpəz"in sadiq azarkeşlərindəndir. O, saytımıza verdiyi müsahibələrin birində futbol oynamağı çox sevdiyini, güləşi seçməsəydi, mütləq futbolçu olacağını demişdi. 

 

Sonda tarixdən bir fotonu sizə təqdim edirik. Ötən əsrin 60-cı illərinə aid olan şəkil Gəncə şəhər stadionunda çəkilib. Kadrda artıq tarixin yaddaşına qovuşan köhnə stadionumuzda güləş üzrə nümunəvi çıxış əks olunub. Fotoda İsax Cəfərov başda olmaqla Gəncə güləş məktəbinin ən tanınmış simaları yer alıb.

Ana səhifəyə geri dön