Amil Yunanova xatirə forması verildi

04 may 2024

Komandamızın futbolçusu Amil Yunanov Misli Premyer Liqasının 30-cu turunda Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 31 yaşlı hücumçu “Səbail” ilə Bakı səfərində yubiley matçına çıxıb. Yunanov 200 oyunda rəqib qapılarına 52 qol vurub.  

 

“Sumqayıt” ilə oyundan öncə Amil Yunanova klubumuz tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Ana səhifəyə geri dön