Bizi fərəhləndirən ziyarət

16 may 2024

Gəncədə fəaliyyət göstərən “Fərəh” Sosial İctimai Birliyinin üzvləri komandamızın məşqində olublar. Fiziki məhdudiyyətli insanları bir araya gətirən birliyin üzvləri baş məşqçi Adil Şükürov və futbolçular tərəfindən xoş qarşılanıb. Adil Şükürov onları məşqdə görməkdən məmnun olduqlarını bildirib, oyunlara dəvət edib.

 

Xeyriyyə məqsədli addımları ilə seçilən “Fərəh” fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutan tədbirlər üzərində işləyir. Onlar üçün müxtəlif dəstək layihələri həyata keçirilir. 

Ana səhifəyə geri dön