Klubumuz III Milli Yaylaq Festivalında təmsil olunub

08 iyul 2024

Göygöl rayonunda III Milli Yaylaq Festivalı keçirilib. Xan yaylağında üç gün davam edən tədbirdə "Kəpəz" klubunun rəhbərliyi və futbolçular da ziyarətçilər arasında olub. Klubumuzun üzvləri orijinal üslubda yaradılan “Yaylaq yurdu” adlı etnoqəsəbə ilə tanış olublar. Burada müxtəlif sərgilər, idman oyunları və şənliklər təşkil olunub. 

 

Klubumuzun kollektivi festival çərçivəsində Cavad xan zirvəsinə də yürüş edib.

Ana səhifəyə geri dön