Klubumuzun rəsmiləri FİF-in tədbirində iştirak ediblər

06 may 2024

Gəncədə, "Kəpəz" Futbol Akademiyasında Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə Strateji inkişaf seminarı keçirilib. Tədbirdə klubumuzun rəhbərliyi və nümayəndələri iştirak ediblər. Seminara digər Premyer Liqa klubu “Turan Tovuz”, həmçinin aşağı liqa təmsilçilərindən “Mingəçevir”, “Karvan”, “Göygöl” və “Ağdaş” klublarının nümayəndələri də qatılıb.

 

Fondun Himayəçilər Şurasının üzvü Sona Abbasovanın mentorluğu ilə baş tutan seminara özəl sektordan müvafiq sahənin mütəxəssisləri də cəlb edilib. Həmçinin, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev "AVRO 2020-nin təşkili, maraqlı tərəflərlə kommunikasiya və irs" mövzusunda təqdimatla çıxış edib.  

 

Futbolun İnkişaf Fondu 2024-cü ildə hazırki əməkdaşlıqları qorumaqla Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqada mübarizə aparan bütün region təmsilçilərinə dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar klublar regionlara əsasən dörd qrupa bölünüb və qarşıdakı illər ərzində onlara strateji planlama, marketinq/kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstəriləcək.

Ana səhifəyə geri dön