Mate "ayın qolu" layihəsinin qalibi olub

10 may 2024

Komandamızın üzvü Mate Kvirkviyanın qolu Misli Premyer Liqasında aprel ayının ən yaxşı qolu seçilib. Gürcü çempionatın 30-cu turu çərçivəsində "Səbail" ilə oyunda baxımlı zərbəyə imza atıb. PFL-in feysbuk sosial şəbəkəsində keçirdiyi müsabiqədə azarkeşlər daha çox Mateyə səs verərək onu qalib ediblər. 

 

PFL və "Misli" tərəfindən verilən mükafat futbolçuya "Neftçi" ilə oyundan öncə təqdim olunub.

Ana səhifəyə geri dön