Mate Kvirkvia: “Kəpəz” mənim üçün böyük klubdur”

28 mart 2024

Komandamızın gürcüstanlı futbolçusu Mate Kvirkvia klubun mətbuat xidmətinə videomüsahibə verib. Yarımmüdafiəçi hər keçən gün daha yaxşı olmağa çalışdığını bildirib, azarkeşlərə dəstəyə görə təşəkkür edib. Söhbətə isə “Qarabağ” ilə qarşıdakı oyundan başlayıb.  

 

- Növbəti oyunumuz “Qarabağ” ilə olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır.

 

- Qarşıdakı oyunun çətinliyi, bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Ona görə də çempionatda yaranan fasilə müddətindən yaxşı yararlanmağa çalışdıq.

 

- “Qarabağ” ilə bu çempionat 3 dəfə qarşılaşmışıq. Bizim istədiymiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Qəbələdəki son matçdan daha yaxşı oynamalıyıq. 

 

- Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram. “Kəpəz” mənim üçün böyük klubdur, çox önəmlidir. Bu səbəbdən istəyim böyükdür. 

 

- Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. İndi son dövrəyə başlayırıq. Dəstək həmişəkindən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq. 

Ana səhifəyə geri dön