Paulo Rojerio "Kəpəz"də

10 iyul 2024

Transfer çalışmalarını davam etdirən komandamız tam adı Paulo Rojerio Veyqa dos Santos olan qolkiperlə müqavilə bağlayıb. Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub. 25 yaşlı "çərçivə" qoruyucusu ilə 1 illik müqavilə imzalanıb. 

 

Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.

Ana səhifəyə geri dön