"Şamaxı" ilə oyunun vaxtı dəyişdi

10 iyul 2024

Komandamızın "Şamaxı" ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişib. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 14-də yox, ayın 15-də keçiriləcək. Klubların razılığı əsasında oyunun yeri və saatı isə dəyişməyib. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.

Ana səhifəyə geri dön