Təbriklər, "Xəmsə"!

05 may 2024

Bu gün komandamızın çılğın azarkeş qrupu - "Xəmsə"nin yaradılmasının 15 ili tamam olur. Fanklub 2009-cu ildə mərhum azarkeş Adil Məmmədovun rəhbərliyi ilə Bakıda yaradılıb. Azarkeş birliyi fəaliyyətə başladığı gündən "Kəpəz"in ev və səfər oyunlarda daim dəstək verib. Pis və yaxşı günlərimizdə yanımızda olub.

Klubumuzun kollektivi "Xəmsə"ni təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır. 

 

Birlikdə zirvəyə doğru!

Ana səhifəyə geri dön